• $
  • €
  • ₽
  • ₺
  • £

9 ayda mehmanxanaların gəlirləri artıb - Rəsmi

9 ayda mehmanxanaların gəlirləri artıb - Rəsmi
24.10.2024 15:55
2024-cü ilin doqquz ayında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 468,5 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Bu göstərici Şabranda 63,2%, Naftalanda 45,3 faiz, Bakıda 39,7%, Qusarda 26,6%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Doqquz ayda vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23,1% artaraq 1496,8 min olub ki, bu da ümumi gecələmələrin 45,8%-ni təşkil edib. 
 
Xarici vətəndaşların keçirdiyi gecələmələrin 81%-i Bakıda,  4,7%-i Qəbələdə, 4,3%-i Qusarda, 3,7%-i Naftalanda, 3,5%-i Qubada, 0,6%-i Şabranda, 2,2%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
 
2024-cü ilin yanvar-sentyabrında Gecələmələrin ümumi sayının 19,9 faizi Hindistan, 13,8 faizi Rusiya Federasiyası, 8,7 faizi Səudiyyə Ərəbistanı, 7,0 faizi Türkiyə, 5,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,6 faizi ABŞ, 3,0 faizi Küveyt, 2,8 faizi Qazaxıstan, 2,5 faizi İsrail, 2,5 faizi Böyük Britaniya, 2,4 faizi Pakistan, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 21,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Cəmiyyət 00:42
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Cəmiyyət 20:16
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:09
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol