• $
  • €
  • ₽
  • ₺
  • £

COP29-la bağlı iki dildə fəaliyyət göstərən Çağrı Mərkəzi fəaliyyətə başlayıb

COP29-la bağlı iki dildə fəaliyyət göstərən Çağrı Mərkəzi fəaliyyətə başlayıb
01.11.2024 13:23
COP29 tədbirinə hazırlıq məqsədilə bu gündən etibarən Çağrı Mərkəzi fəaliyyətə başlayıb. Məqsəd ziyarətçi təcrübəsinin yaxşılaşdırılması və qonaqların məlumatlılıq səviyyəsinin yüksəldilməsidir. Həm şəhərin qonaqları, həm tədbir iştirakçıları, həm də yerli sakinlər *1029 qısa nömrəsinə yığaraq öz suallarına cavab tapa bilərlər.


Bunu COP29 Azərbaycan Əməliyyat Şirkətində ziyarətçi təcrübəsi üzrə sektor müdiri İlkin Cavadov jurnalistlərə müsahibəsində deyib.


Çağrı Mərkəzinin COP tədbirləri tarixində ilk dəfədir yaradıldığını bildirən İ.Cavadovun sözlərinə görə, ziyarətçilər və tədbir iştirakçıları ənənəvi zəng üsulu olan Çağrı Mərkəzindən əlavə, rəsmi cop29.az veb-saytı üzərindən xüsusi çat, eyni zamanda, vatsap və teleqram kanallarından faydalana bilərlər.


Bildirilib ki, Çağrı Mərkəzi və çatlar vasitəsilə Azərbaycan və ingilis dillərində xidmət göstəriləcək. "Mərkəzin noyabrın 1-dən ayın sonuna kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. Noyabrın 4-dən etibarən pre-sessiyaların başlaması səbəbindən iş rejimi 24 saat olacaq. Bu, noyabrın 23-nə kimi davam edəcək. Noyabrın 1-dən 4-nə kimi və noyabrın 23-dən sonra ayın sonuna kimi qısaldılmış rejimdə fəaliyyət göstərəcək. Çünki bəzi qonaqlar ölkəmizdə tədbirdən sonra da bir neçə gün qalacaqlar. Ona görə də noyabrın sonuna kimi onlara dəstəyimizi davam etdirmək istəyirik. Hazırda Çağrı Mərkəzi qısaldılmış rejimdə – səhər 8:00-dan axşam 20:00-a kimi fəaliyyət göstərir. Çağrı Mərkəzində təkcə bir növbə üzrə 8 nəfər müraciətləri cavablandıracaq. Tədbirin başlamasından sonra monitorinq aparılaraq zənglərin, müraciətlərin çoxluğuna əsasən işçi say tənzimlənəcək”, – Cavadov Azərtaca müsahibəsində əlavə edib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Cəmiyyət 00:42
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Cəmiyyət 20:16
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:09
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol