• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik COP29 çərçivəsində müzakirə olunacaq sosial mövzuları açıqlayıb

Nazirlik COP29 çərçivəsində müzakirə olunacaq sosial mövzuları açıqlayıb
07.11.2024 16:53
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu ay Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) çərçivəsində insan inkişafı, yaşıl iş yerləri, hamı üçün layiqli əmək, sosial müdafiə mövzularında geniş müzakirələr aparacaq. Bu barədə nazirlikdən məlumat verilib.


Bildirilib ki, noyabrın 18-də keçiriləcək "İqlimə dayanıqlı gələcək üçün insan inkişafına investisiya” üzrə yüksək səviyyəli görüş iqlim dəyişikliyinə davamlı gələcək üçün insan inkişafına sərmayə qoyuluşunda yaxşı təcrübələrin mübadiləsi, həmin sərmayələr üçün öhdəlikləri səfərbər edilməsi məqsədi daşıyacaq.


Nazirlərin, habelə müxtəlif ölkələrdən, BMT agentliklərindən və digər beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilərin bir araya gələcəyi tədbirdə iqlimə dayanıqlı iqtisadiyyata keçidin əmək bazarına təsirləri, insan kapitalının daha yaxşı sosial müdafiə və təkmilləşdirilmiş bacarıqlar vasitəsilə iqlim hadisələrinə dayanıqlılığının artırılması, insan inkişafının gücləndirilməsində təhsil, səhiyyə, iş və bacarıqlar arasında sinerji yaratmağın dəyərləri nəzərdən keçiriləcək.


"Yaşıl iş yerləri və bacarıqlar” adlı dəyirmi masada yaşıl iş yerləri üçün işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və məşğulluq, habelə həssas əhali qrupları üçün yaşıl iş yerlərinə çıxış imkanlarının yaradılması, bu sahələrdə əməkdaşlıq və daha önəmli sərmayə qoyuluşu əsas müzakirə predmeti olacaq.


"İnsan inkişafının davamlılığının qorunması: iqlim maliyyəsinin sosial müdafiə üçün səfərbər edilməsi” adlı tədbirdə isə iqlim maliyyəsinin həssas qruplardan olan insanlara necə dəstək ola bilməsinə, sosial müdafiənin roluna dair müzakirələr aparılacaq.


Noyabrın 20-21-də "Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu”nun keçirilməsi də nəzərdə tutulur. Tədbirdə iqlim dəyişmələri və ədalətli keçid zamanı yaşıl iş yerləri, dayanıqlı müəssisələr və dairəvi iqtisadiyyat yanaşmalarını təşviq etmək üçün iqlim planlarının gücləndirilməsi, bu sahədə bilik və təcrübə mübadilələrinin aparılması məsələləri əhatə olunacaq. Habelə maliyyə mexanizmləri və enerji sektorunda Beynəlxalq Əmək Təşkilatının ekoloji dayanıqlı iqtisadiyyata ədalətli keçidə dair Təlimatlarının tətbiqi və s. məsələlər müzakirə ediləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Cəmiyyət 00:42
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Cəmiyyət 20:16
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:09
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol