• $
  • €
  • ₽
  • ₺
  • £

“Azerçay” dünya mediasının diqqət mərkəzində

“Azerçay” dünya mediasının diqqət mərkəzində
19.11.2024 18:07
Dünya mediası "Azerçay”ın COP29-da iştirakı ilə bağlı məlumat yayımlayıb.


Çay bitkisinin Azərbaycan kənd təsərrüfatı sahəsində önəmindən, çay mədəniyyətinin tarixindən bəhs olunub.


 Xüsusilə , xanımların milli geyimdə gələn qonaqlara çay təqdim etmələri beynəlxalq mətbuatda maraqla qarşılanıb.


"Azerçay”ın COP29-da yer alması, Azərbaycanın zəngin çay ənənələrinin dünya miqyasında tanıdılması baxımından əhəmiyyətli bir hadisədir.


Məşhur çay markası, həmçinin, ölkənin çayçılıq sahəsindəki müvəffəqiyyətlərini və bu sahədəki davamlı inkişaf strategiyalarını nümayiş etdirmək məqsədilə tədbir iştirakçıları ilə görüşlər keçirib.


Tədbirdə iştirak edən beynəlxalq mediada, Azərbaycanın çayçılıq sahəsindəki uğurları və bu sahədəki irəliləyişləri geniş şəkildə işıqlandırılıb.


 "Azerçay” bu tədbirdə təkcə çay təminatçısı kimi deyil, həm də ekoloji davamlılıq və iqlim dəyişikliyi məsələlərində aktiv iştirakçı kimi tanınıb.
 Washingtontimes.com,  independent.co, apnews.com kimi qlobal media orqanları "Azerçay” haqqında məlumat bölüşüblər.


Qeyd edək ki, dünyanın 40 ölkəsinə satışı həyata keçirilən adıçəkilən brend xarici istehlakçıların da sevgisini qazanaraq "Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Cəmiyyət 00:42
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Cəmiyyət 20:16
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:09
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol