• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
26.11.2024 17:38
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub.

Noyabrın 29-da keçiriləcək iclasın gündəliyinə 15 məsələ daxil edilib.

İclasın gündəliyinə aşağıdakı qanun layihələri daxildir:

1. "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

2. "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

3. "Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. "Heyvanlar aləmi haqqında”, "Ətraf mühitin mühafizəsi haqqında” və "Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. "Əhalinin sağlamlığının qorunması haqqında” və "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
7. "Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

9. "Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

10. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

11. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

12. "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

13. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

14. "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

15. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Cəmiyyət 00:42
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Cəmiyyət 20:16
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:09
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol