• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ermənistanın Qarabağdakı müharibə cinayətləri barədə yeni hesabat təqdim edəcək

Azərbaycan Ermənistanın Qarabağdakı müharibə cinayətləri barədə yeni hesabat təqdim edəcək
01.12.2024 21:02
Ermənistanın Qarabağda işğal dövründə törətdiyi müharibə cinayətləri barədə 10 dekabr Ümumdünya İnsan Hüquqları Günündə yeni hesabat təqdim edəcəyik.Bunu "Report” açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O, həmin tarixdə yeni hesabatla bağlı mətbuata geniş məlumat veriləcəyini qeyd edib.

Səbinə Əliyeva noyabrın 24-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) 24-cü sessiyasındakı çıxışında da bu mövzuya diqqət çəkdiyini xatırladıb:
"Bizim bütün tədbirlərimizdə əsas mövzu əlbəttə ki, Qarabağdır. İƏT yanındakı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası da bu mövzuda Azərbaycana yaxından dəstək olur. İƏT tərəfindən Xocalı soyqırımı genosid aktı kimi qəbul edilib, Bərdənin ermənilər tərəfindən bombalanmasına kəskin münasibət bildirilib, mütəmadi olaraq müxtəlif qətnamələr, qərarlar qəbul edilib. Birgə hesabatımız da təqdim olunacaq”.

Səbinə Əliyeva Türk Dünyası Mediatorlar Birliyinin (TDAB) Beynəlxalq Şurasının ilk iclasında iştirak etmək üçün Ankarada səfərdədir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Cəmiyyət 00:42
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Cəmiyyət 20:16
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:09
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol