• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell ölkədə ilk VoLTE texnologiyalı zəngi reallaşdırdı

Azercell ölkədə ilk VoLTE texnologiyalı zəngi reallaşdırdı
14.12.2017 13:04
Mobil Telekom bazarının lideri özünün əsas texniki tərəfdaşı Ericsson şirkəti ilə birgə simsiz rabitənin imkanlarını genişləndirməkdə davam edir.

Azərbaycan mobil rabitə bazarının lider mobil operatoru Azercell Telekom telekommunikasiya sektorunda daha bir yeniliyə imza atdı. Ölkəmizin mobil rabitə bazarına GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və 4G xidmətini təqdim edən Azercell bu dəfə ilk VoLTE (LTE texnologiyası üzərindən zəng) zəngi reallaşdırdı. "Bakutel 2017” sərgisində Azercell rabitə texnologiyaları və xidmətləri sahəsində dünya lideri Ericsson şirkəti ilə birgə VoLTE texnologiyasının açıq nümayişini həyata keçirdi və bu Azərbaycanın kommersiya sahəsində edilmiş ilk VoLTE zəng oldu. Ericsson şirkəti VoLTE zəngini sınaqdan keçirmək üçün lazım olan bütün texniki həlləri, o cümlədən İMS platforması, təkminləşdirilmiş verilənlər şəbəkəsi və radio rabitə avadanlığı təmin etdi.

Nəzərinizə çatdıraq ki, VoLTE texnologiyası 4G (LTE) şəbəkəsi vasitəsilə səsli zənglər həyata keçirməyə və abunəçilərə ən yüksək keyfiyyətli (HD) səsli və video zəng xidmətlərindən faydalanmağa imkan verir. LTE şəbəkəsində məlumatlar yüksək keyfiyyətlə ötürüldüyü üçün VoLTE zəngləri HD keyfiyyətə malikdir və heç bir arxa səs effekti yaratmır. Bundan əlavə, VoLTE imkanlarını dəstəkləyən mobil qurğular bu texnologiyanı dəstəkləyir və heç bir kənar əlavənin (OTT) tətbiq olunmasını tələb etmir. VoLTE texnologiyası vasitəsilə bir mobil telefondan digərinə zəng vasitəsilə qoşulmaq üçün tələb olunan vaxt da əhəmiyyətli dərəcədə azdır. VoLTE texnologiyası, həmçinin,

abunəçilərə zəng edərkən və ya zəngləri qəbul edərkən belə 4G şəbəkəsində qalmağa imkan verir. Bu o deməkdir ki, istifadəçi eyni zamanda həm səsli zəngdən yararlana, həm də digər tətbiqlər üçün yüksək sürətli internetdən faydalana bilər.

Ericsson şirkətinin Azərbaycan ofisinin rəhbəri Arda Cetinerin sözlərinə görə, VoLTE sınaq zəngi Azərbaycanda innovativ mobil texnologiyaların inkişafında vacib bir hadisədir:” Biz əminik ki, VoLTE texnologiyasının təklif etdiyi imkanlar yaxın müddətdə kommersiya sahəsində tətbiq olunacaq. Biz bu istiqamətdə Azercell-ə dəstək göstərməkdən qürur hissi keçiririk. Bu texnologiya ölkədəki abunəçilərə ən keyfiyyətli xidmətlərdən faydalanmağa imkan yaradacaq. Belə ki, VoLTE səs keyfiyyətini daha təkmilləşdirəcək və daha geniş ünsiyyət imkanları yaradacaq.”

Qeyd edək ki, Azercell Telekom MMC "Bakutel 2017” sərgisində həm biznes, həm də asudə üçün faydalı olan mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələri ilə çıxış edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
İqtisadiyyat 08:03
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır
İqtisadiyyat 07:55
SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:12
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
İqtisadiyyat 14:37
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
Xəzər sahilində 3 200-dən çox tikilidə qanunvericiliyə uyğunsuzluq aşkarlanıb
İqtisadiyyat 11:41
Xəzər sahilində 3 200-dən çox tikilidə qanunvericiliyə uyğunsuzluq aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol