• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”dən “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisinin keçirilməsinə dəstək

“Bakcell”dən “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisinin keçirilməsinə dəstək
09.03.2018 14:37
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell”, istedadlı qadınların əl işlərindən ibarət "İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisinin təşkilinə dəstək göstərib.

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı, "Pullman Bakı” mehmanxanasının baş sponsorluğu və "Bakcell” şirkətinin sponsorluğu ilə "8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə istedadlı qadınların əl işlərindən ibarət "İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisi təşkil edilib. Tədbirin əsas məqsədi Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək olmaq, qadın əl işlərini tanıtmaq və təşviq etməkdən ibarət idi. Sərgidə 70-dən çox qadın sahibkarın müxtəlif əl işləri - suvenirlər, zərgərlik əşyaları, rəsm əsərləri, toxuculuq nümunələri, oyuncaqlar, məişət əşyaları və s. satışı da həyata keçirilib.

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzv şirkətlərin və onun əməkdaşlıq etdiyi qurumların; Fransanın Azərbaycandakı Səfirliyinin və digər səfirliklərin nümayəndələri və Bakcell şirkətinin əməkdaşları sərgidə iştirak edib, nümayiş olunan əl işləri ilə yaxından tanış olublar.

Bakcell şirkəti tədbirin sponsoru olaraq qadın sahibkarlara xüsusi diqqət ayırmaqla ölkədə qadın məşğulluğunun və sahibkarlıq fəaliyyətinin inkişafına öz dəstəyini əsirgəmir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:12
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
İqtisadiyyat 14:37
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
Xəzər sahilində 3 200-dən çox tikilidə qanunvericiliyə uyğunsuzluq aşkarlanıb
İqtisadiyyat 11:41
Xəzər sahilində 3 200-dən çox tikilidə qanunvericiliyə uyğunsuzluq aşkarlanıb
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
İqtisadiyyat 10:13
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
Azərbaycan nefti 97 dollara ticarət olunur
İqtisadiyyat 09:58
Azərbaycan nefti 97 dollara ticarət olunur
Qızlın qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:25
Qızlın qiyməti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol