• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank Cocuq Mərcanlıda!

Kapital Bank Cocuq Mərcanlıda!
03.05.2018 10:04
Bildiyiniz kimi 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyi düşməndən azad edildi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi tam bizim nəzarətimizə keçdi.
 
Ölkə prezidenti İlham Əliyev kəndin yenidən qurulması üçün prezidentin ehtiyat fondundan vəsait ayırdı və 2017-ci ildə "Böyük qayıdış” devizi altında həmin kəndə köç başladı.

Azərbaycanın bütün rayonlarında xidmət nöqtələri olan Kapital Bank Cocuq Mərcanlı sakinlərinə də xidmət göstərməyə başladı. Ötən ay həmin kəndə Kapital Bank-ın bankomatı quraşdırılıb.

Kapital Bank tərəfindən 2017-ci il ərzində cəbhəyanı zonada yerləşən Ağdam, Tərtər, Ağcabədi və Füzuli filialları yeniləyərək müştərilərin ixtiyarına verilib. Yenilənən filiallar müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyona yaxın ödəniş kartı vardır. Müştərilərə daha effektiv xidmət göstərilməsi üçün, həmçinin məlumat mərkəzi həftənin bütün günləri fasiləsiz işləyir. Kapital Bank-ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:12
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
İqtisadiyyat 14:37
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
Xəzər sahilində 3 200-dən çox tikilidə qanunvericiliyə uyğunsuzluq aşkarlanıb
İqtisadiyyat 11:41
Xəzər sahilində 3 200-dən çox tikilidə qanunvericiliyə uyğunsuzluq aşkarlanıb
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
İqtisadiyyat 10:13
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
Azərbaycan nefti 97 dollara ticarət olunur
İqtisadiyyat 09:58
Azərbaycan nefti 97 dollara ticarət olunur
Qızlın qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:25
Qızlın qiyməti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol