• $
  • €
  • ₽
  • ₺
  • £

AtaBank Sinqapurda da “bir addın öndə” olduğunu təsdiqləyib

AtaBank Sinqapurda da “bir addın öndə” olduğunu təsdiqləyib
23.07.2018 13:08
AtaBank-ın bu il müştərilərinə təqdim etdiyi "AtaNet” Mobil Bankçılıq əlavəsi 12.07.2018-ci il tarixində Singapurda "Bank və maliyyə sektorunda ən yaxşılarını tanıyaq” şüarı altında keçirilən tədbirdə "Asian Banking & Finance Wholesale Banking” Awards 2018 mükafatına layiq görülüb. 
 
2012-ci ildən etibarən hər il keçirilən tədbirdə Asiya ilə yanaşı dünyanın ən iri banklarının və maliyyə qurumlarının nümayəndələri iştirak edib.

Asiya ölkələrinin qabaqcıl banklarının və maliyyə qurumlarının  təqdim etdiyi yeniliklər arasında ən yaxşılar Deloitte, PricewaterhouseCoopers, KPMG və Ernst and Young kimi "böyük dörtlük” adlanan audit şirkətlərinin nümayəndələrindən ibarət juri tərəfindən seçilib.

AtaBank-ın rəsmi nümayəndə heyəti bir neçə gün ərzində müxtəlif tədbirlərdə iştirak edərək AtaNet Mobil Bank əlavəsinin bütün imkanları, texniki məqamları və təhlükəsizliyi ilə bağlı təqdimatlar keçirib. Nəticə etibarı ilə 40-dan çox ölkədən iştirakısı olan və HSBC, Standard Chartered, Bank of China, Citibank kimi nəhəng banklar və maliyyə qurumları arasında müasir dövrün ən önəmli və ən çox diqqət ayrılan təhlükəsizlik sahəsində ən təhlükəsiz və ən yaxşı Mobil Bank əlavəsi kimi AtaNet seçilərək "Domestic Technology & Operations Bank of the Year” nominasiyası üzrə qalib gəlib və mükafata layiq görülüb.

Mükafatlandırma mərasimində AtaBank ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı çıxış edərək qeyd edib ki: Biz AtaBank olaraq daim şüarımız kimi "Bir Addım öndə” olmağa çalışmış və bu şüara layiq olmaq üçün hər zaman yeniliklər tətbiq etmişik. Son yeniliklərdən biri də artıq müştərilərin istifadəsinə təqdim edilmiş "AtaNet” İnternet və Mobil Bankçılıq xidmətidir. Tədbirə gələn zaman biz əmin idik ki, bu mükafatı qazanan biz olacağıq. Çünki AtaNet ən qabaqcıl dünya praktikasına uyğun olaraq zamandan və məkandan asılı olmayaraq əməliyyatların rahat və sürətli aparılması, təhlükəsizliyi və bir çox üstünlükləri ilə rəqiblərindən seçilir. Gələcəkdə AtaNet-in bazardakı yerinin qorunması və möhkəmləndirilməsi üçün komandamız bütün gücü ilə çalışacaq və yaxın zamanlarda AtaNet bir çox yeni imkanlarını da müştərilərinin istifadəsinə təqdim edəcək”. Etibar Babaşlı bu mükafata məhz AtaBank – ın layiq görüldüyü üçün fəxr etdiyini və bu uğurun nəinki AtaBank-ın həm də ölkəmiz Azərbaycanın uğuru olduğu üçün qürur duyduğunu xüsusi ilə qeyd edib.

Bununla yanaşı səfər zamanı AtaBank-ın rəhbərliyi bir sıra qabaqcıl Asiya banklarının nümayəndələri ilə işgüzar görüşlər keçirib və gələcəkdə banklar arasında əməkdaşlıq etməklə bağlı müzakirələr aparıb. Xatırladaq Asiya maliyyə bazarına xüsusi əhəmmiyyət verən AtaBank  2017-ci ildə də Çin Respublikasının ödəniş sistemləri nəhəngi Union Pay International ilə də əməkdaşlıq müqaviləsi imzalamışdır.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
 






 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:12
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
İqtisadiyyat 14:37
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
Xəzər sahilində 3 200-dən çox tikilidə qanunvericiliyə uyğunsuzluq aşkarlanıb
İqtisadiyyat 11:41
Xəzər sahilində 3 200-dən çox tikilidə qanunvericiliyə uyğunsuzluq aşkarlanıb
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
İqtisadiyyat 10:13
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
Azərbaycan nefti 97 dollara ticarət olunur
İqtisadiyyat 09:58
Azərbaycan nefti 97 dollara ticarət olunur
Qızlın qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:25
Qızlın qiyməti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol