Azərbaycanlı rəssamın əsəri yarım milyon dollara hərraca çıxarılacaq – FOTO

Dekabrın 1-də Londonun "Sotheby’s” hərrac evində Rusiya incəsənətinin üç sənət əsərini əhatə edən əsərlərdən ibarət satışlar baş tutacaq.
Hərracın əsas lotları arasında Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun "Aydan” əsəri də yer alıb. Sənət əsəri 250-350 min funt sterlinq (təxminən yarım milyon dollar) dəyərində qiymətləndirilir.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən Oxu.Az-a bildirilib.
"Sotheby's” hərrac evinin rəsmi məlumatında bildirilir ki, "Aydan” sovet dövrünün ən yaxşı əsərlərindən biri hesab olunur.
Nazirlikdən qeyd edilib ki, bu rəsmin digər versiyası Rusiya Dövlət Tretyakovski Qalereyasında saxlanılır. Satışa çıxarılan variantı isə rəssam vaxtı ilə Tokioda açdığı sərgisi münasibətilə çəkib.
"Aydan” əsəri sovet uşaqlığının ən gözəl təsviridir. Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb”, - deyə hərrac evinin rəsmi açıqlamasında bildirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















