Milad bayramında qastronom partlayışı – REPORTAJ

Rüstəm Qasımov
Milad bazarları Avstriya ustalarının hazırladıqları suvenirləri almaq üçün əla fürsətdir. Hələ bu harasıdır, bazardakı əl işlərinin çeşid bolluğundan baş hərlənir, Vyananın milad bazarı əsl qastronom partlayışıdır. Burada istənilən şəxs öz ürəyinə yatan istənilən şeyi tapa bilər.
İçkilərdən başlayaq. Onlardan ən populyarı punşdur, punşu əsasən qışda içirlər, təqdim olunanda isə ona zəncəfil əlavə edirlər. Punşun ən yaxşı növlərindən biri Avstriyada bitən ağ gavalının əlavə olunduğu punşdur. İçkinin tamı azca spirt qatılmış isti kompotu xatırladır. Ancaq kəskin şaxtada içilən punş var ki, ona araq da əlavə edilir, spirtin dərəcəsi də artır. Punşun özünə cəlb edən xüsusi ətri var, bunun da sayəsində onu ətri bütün yarmarkada hiss olunur.
Yarmarkanı ziyarətə gələnlərin böyük əksəriyyəti meyvə və şokoladlardan istifadə edir. Məsələn, 3 avroluq çiyələkli şokoladın dadı doğrudan da valehedici idi.
Şirniyyat istehsalı ilə məşğul olan müəssisələr üçün milad bazarı doğrudan da cənnəti xatırladır, burda geniş çeşiddə məmulatlar təqdim edilir.
Bazar çay həvəskarlarının da ürəyincə olur, burada müxtəlif ətirli dadlar insana cənnət həzzi bəxş edir.
Bazarda məni xüsusilə maraqlandıran İsveçrə pendiri oldu, onun orijinal üsulda təqdim edirdilər. Əgər lori dildə desək, o, pendir dönərini xatırladırdı. Xüsusi quraşdırılmış qurğuda böyük pendir kəsilərək təqdim edilirdi. Alovun təsirindən yumşalan pendiri usta kəsir və çörəyin içinə qoyaraq alıcılara təqdim edirdi. Çörəyin ölçüsündən asılı olaraq, qiymət 3-4 avro arasında dəyişirdir.
Yarmarkada geniş çeşiddə kolbasa və ət məhsulları da satılır.
Burada olmayan şey yoxdur!
Vyanada Milad bazarından çəkdiyimiz fotosessiyanı oxucularımıza təqdim edirik.
Xoş seyrlər:














































www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















