• $
  • €
  • ₽
  • ₺
  • £

Albertina – dünya qrafika sənətinin saxlanıldığı xəzinə - REPORTAJ

Albertina – dünya qrafika sənətinin saxlanıldığı xəzinə - REPORTAJ
12.01.2016 23:41
Rüstəm Qasımov

Vyanada olarkən şəhərin mərkəzində fəaliyyət göstərən və enshersoq Albrextin sarayında yerləşən rəsm muzeyinə baş çəkməmək olmazdı. Bu heyrətamiz incəsənət abidəsi Albertina adlanır. 

Albertinanın belə xüsusi olmasının səbəbi, burada dünyanın ən əhəmiyyətli və zəngin qrafika sənəti incilərinin saxlanılmasıdır (65 minə yaxın şəkil və bir milyona yaxın çap qrafikası). Kolleksiyanın tərkibinə gec qotikadan müasir zamana qədərki dövrü əhatə edən əsərlər daxildir. Buna görə də sənətsevərlərin Albertinaya marağı böyükdür. Muzeydə müntəzəm olaraq sərgilənən kolleksiyalardan başqa, tez-tez sərgilər də keçirilir. Məsələn, "Mone və Pikasso” işlərindən ibarət sərgi. Muzeyin adı isə Saksoniya-Teşenski hersoqu Albertinanın adından gəlir.
 


 Muzeydə hansı sərgilərin keçirildiyini öyrənmək olduqca asandır. Bunun üçün Albertina muzeyinin saytına baş çəkmək və ya muzeyin girişindəki afişalardan öyrənmək olar.

 Muzeyin ekspozisiyasının yaranması tarixçəsi barədə. Qrafika kolleksiyasının əsasını XVIII əsrin 70-ci illərində hersoq Albert Bratislavadakı kral qəsrində qoyub, o 1765—1781-ci illərdə Macarıstan krallığının idarəçisi kimi bu rezidensiyada yaşayıb. 
 


1795-ci ildə hershersoq Albrext bu saraya gələndən sonra onun rəsm kolleksiyası da bura gətirildi. 1822-ci ildə isə kolleksiya ictimaiyyət üçün də açıq elan olundu. Digər kolleksiyalardan fərqli olaraq, bura ancaq saray təbəəsinin gəlməyə hüququ vardı, yeganə qadağa isə salona ayaqqabı ilə girmək idi. Albertinaya daxil olanların sayı artırdı, ancaq bura yenə əvvəlki kimi əksəriyyət üçün deyildi. 

Hersoq Albert vəfat edəndən sonra onun rəsm kolleksiyası və binası irsən hershersoq Karla, sonra isə Albrext Fridrixə keçdi. Ekspozisiyanın genişlənməsi də bu dövrdən sonraya təsadüf edir. 1920-ci ildə kolleksiya keçmiş Kral sarayı nəzdindəki kitabxananın çap qrafikası fondu ilə birləşdi. 1921-ci ildən bəri bina və kolleksiya "Albertina” adını daşıyır. 
 


1996—2003-cü illər ərzindən Albertina muzyi rekonstruksiya ilə əlaqədar ictimaiyyətə qapalı elan edildi. Ancaq açılandan sonra Albertina Avstriyanın ən çox ziyarət edilən muzeyinə çevrildi. Muzeyin zəngin kolleksiyası insanları özünə cəlb edir. Biletin qiyməti yetkinlər üçün 11.90 avrodur, 6 yaşlı uşaqlar üçün isə giriş pulsuzdur. 

Hazırda muzeyin ekspozisiyasına Leonardo da Vinçi, Mikeleanjelo, Rafael, Piter Paul Rubens, Oskar Kokoşka, Rembrandt, Albrext Dyürer, Qustav Klimt, Eqon Şile, Sezan və Rauşenberq kimi dahilərin əsərləri daxildir. Albertina muzeyində nümayiş edilən kolleksiyaları son 130 ildə incəsənətin bütün carəyanlarını əhatə edir. Burada Mone, Deqa, Renuar, Bekman, Make, Şaqal, Maleviç, Rotko, Rayne və Katsa kimi rəssamların əsərləri göz oxşayır. 
 


Albertinada qrafik kolleksiyalardan savayı, 1999-cu ildən bəri fotoqrafiya kolleksiyaları saxlanılır. Biz bu barədə növbəti reportajımızda bəhs edəcəyik. 

Bununla, bizim Albertina muzeyinə olan səyahətimiz başa çatır. Sonda sizə muzeydən çəkdiyimiz şəkilləri təqdim edirik. 

Xoş seyrlər: 
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol