Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalında iştirak edəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Türkiyənin Konya şəhərində keçiriləcək 9-cu "Min nəfəs, bir səs” Beynəlxalq Teatr Festivalına dəvət alıb.
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, cari ilin aprel ayının 20-dən – 30-dək davam edəcək festival Konya Dövlət Teatrının təşkilatçılığı ilə həyata keçirilir.
Hər il festivala Türkiyədən və dünyanın müxtəlif ölkələrindən türk dilli teatr kollektivləri qatılırlar.
Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iştirak üçün festivalın münsiflər heyətinə cari repertuarında olan iki tamaşa – Ə.Haqverdiyev "Xortdanın cəhənnəm məktubları” və L.Nuren "Mən gəldim qızlar” ("Müharibə” – haqqında məlumat göndərib. Münsiflər heyəti tərəfindən qəbul olunacaq tamaşa festivalda nümayiş etdiriləcək.
Məlumat üçün bildirək ki, festivalın keçirilməsinin əsas məqsədi müasir türk teatrına yeni səhnə əsərləri, eləcə də gənc və fərqli baxışa malik insanlar qazandırmaqdır.














www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















