Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin qurbanları anıldılar - Fotolar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, teatrın quruluşçu rejissoru, Xalq Artisti Cənnət Səlimova çıxış edərək xalqımızın tarixinə qanla yazılmış 20 yanvar günündə canlarından keçmiş Vətən övladlarının xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını diqqətə çatdıraraq, həmin gün şəhid olmuş, günahsız yerə həbs olunmuş və itkin düşmüş insanların statistikasını açıqlamışlar.
Çıxışlardan sonra yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar faciəsinə həsr olunmuş "Mənim ağ göyərçinim” tamaşası nümayiş etdirilib.
Iki gəncin - Aqillə Turanın saf və nakam məhəbbətini tərənnüm etdirən ilk məhəbbət haqqında iki hissəli lirik dramın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstanın Tumanaşvili adına Teatrının baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir. Səhnə əsərində əsas obrazları Əməkdar Artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar İlqarə Tosova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Nigar Məmmədova, Ədalər Əbdülsəməd, Eşqin Quliyev, Kərəm Hadızadə, İlham Əsədov, Müşfiq Əliyev, Anar Seyfullayev və başqaları canlandırıblar.
Tamaşanı Kaspi Təhsil Mərkəzinin şagird və müəllim kollektivi izləyiblər.
Sabah Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 20 yanvar faciəsinin qurbanlarını yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edəcəklər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















