• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın “999-cu gecə”si - Fotolar

Musiqili Teatrın “999-cu gecə”si - Fotolar
01.02.2016 17:53

Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət "Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan "999-cu gecə” tamaşasından gedir. Tamaşanın süjet xəttinin əsasında çəkməçi Maruf la onun ifritə arvadı Fatma arasındakı təzadlı, ziddiyyətli münasibətlər dayanır. Bu nağıl "1001 gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı "999-cu gecə” adlandırmaq qərarına gəlib. Səhnə əsərinə gənc və istedadlı rejissor İradə Gözəlova quruluş verəcək. "Öncə onu bildirim ki, "Min bir gecə” nağıllarının əsasında belə bir tamaşa hazırlamaq çoxdankı arzum idi.
 
"999-cu gecə” sırf böyüklər üçün nəzərdə tutulan nağıldı. Düşünürəm ki, böyüklərin də nağıla ehtiyacı var və arada bu ehtiyac da ödənməlidi. Gözlənilməz olaylarla zəngin olan tamaşada qeyri-adi dekorasiyadan istifadə olunacaq. Belə ki, dekorasiya 2 mərtəbəli olacaq və hər mərtəbə də simvolik məna daşıyacaq. Məsələn, üst mərtəbə cənnət, alt mərtəbə cəhənnəm anlamında olacaq. Beləcə, xeyir və şər, eşq və nifrət, işıq və zülmət, varlı və kacıb və s. təbəqələşəcək. Və bu fonda biz xeyirlə şərin əbədi qarşıdurması ilə yanaşı,  böyük bir eşq uğrunda mübarizənin şahidi olacağıq... Tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur "Min bir gecə” baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunacaq. Yeri gəlmişkən qeyd edim ki, bu mənim Musiqili Teatrda hazırlayacağım ikinci tamaşadır. Buna qədər mən burada Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?” tamaşasını hazırlamışam. Fürsətdən istifadə edib teatrın direktoru, hər zaman gənclərə diqqət və qayğısıyla seçilən Əliqismət Lalayevə bir daha mənə göstərdiyi etimada görə minnətdarlığımı bildirmək istəyirəm”, - deyə İradə Gözəlova söyləyib.
 
Qeyd edək ki, tamaşanın quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeystri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elxan İsmayılov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər.
 



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol