Həftəsonu üçün 8 tamaşa və “Xocalıda qırmızı mələk”- Fotolar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonuna maraqlı repertuar vəd edir.
Teatrın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, bu gündən başlayaraq teatrda saat 14.00 və 16.00-da S.Rüstəmin "Çimnaz xanım yuxudadır”, fevral ayının 20-də saat 12.00-da A.Tolstoyun "Balaca və damda yaşayan Karlson”, saat 16.00 və 19.00-da Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları”, bazar günü – fevral ayının 21-də saat 12.00 və 14.00-da X.K.Andersenin "Çirkin ördək balası”, saat 19.00-da V.Siqarevin "Ağ ölüm” tamaşaları nümayiş etdiriləcək.
Fevral ayının 22-də saat 16.00-da Dövlət Gənc Tamaşaçaılar Teatrında "Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində "Xocalıda qırmızı mələk” tamaşasının premyerası keçiriləcək. Tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İtaliyanın "Associazione Arci Bellezza” təşkilatı tərəfindən hazırlanıb. İtalyan aktyorların iştirakı ilə hazırlanmış bu tamaşa Milan şəhərinin "Teatro Filodrammatici” teatrında nümayiş etdirilib və yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Tamaşanın uğurla hazırlanmasını nəzərə alaraq, Şura onun yaradıcı heyətini Azərbaycana dəvət edib.
Səhnə əsərinin ssenari müəllifi Səbuhi Məmmədli, quruluşçu rejissoru Nihad İsadır.



















www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















