Şərqin şarm və zərifliyi: Qacar təsviri sənətinin şedevrləri - FOTOREPORTAJ

Rüstəm Qasımov
Bu gün biz sizinlə yenidən Gürcüstan Milli Qalereyasına baş çəkəcəyik, qalereyanın geniş zalları gürcü, şərq, rus və Avropa sənət nümunələrinin daimi kolleksiyalarının məbədinə çevrilib. Biz isə fars təsviri sənət nümunələrinin saxlanıldığı zala baş çəkəcək, daha çox Qacar dinastiyası dövrünə aid olan zəngin kolleksiyalarla tanış olacağıq. Bura fars saray rəssamlarının yaratdığı əsərlər - xanımların, şahların və zadəganların portretləri daxildir.
Qacar rəsm nümunələrinin Gürcüstan milli qalereyasında toplanmasına gəldikdə isə, bu olduqca maraq detaldır. Bu şəkillər doğurdan da insana çox güclü təəssürat yaşadır. Qacar ustaları diqqəti daha çox xırda detallara yönəldirdilər, öz qəhrəmanlarının üz cizgilərini, milli geyimlərini, bəzək-düzəyini, silah və s-ni səliqəylə işləyirdilər. Bu gözəl şəkil insan gözlərini sevindirməyə bilməz. Əgər siz Gürcüstanda olarkən, Şərqin ətrini hiss etmək istəsəniz, onda bu muzey sizin üçün əla fürsət olacaq.
Elmi, təhsili, maarif və mədəniyyəti təbliğ edən ANN.Az portalı dünyanın müxtəlif qalereya və sərgilərindən reportajlar verməkdə davam edir. Bu güz sizə Gürcüstan Milli qalereyasının Şərq zalından fotolar təqdim edirik.
Xoş seyrlər:


















www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















