Gənc Tamaşaçılar Teatrından həftəsonu və dövlət tədbir üçün maraqlı tamaşalar - FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu və nüfuzlu dövlət tədbiri ərəfəsində maraqlı tamaşalar təqdim edəcək.
Aprel ayının 22-dən - 24-dək – həftəsonu üçün teatrda "Ağ ölüm” (V.Siqarev), "Əlibaba və qırx quldur” (Ərəb Xalq nağılı), "Hasarın o üzü” (Ə.Əmirli), "Yatmış gözəl” (B.Marvin), "Mənim ağ göyərçinim” (T.Vəliyeva) tamaşaları nümayiş etdiriləcək.
25-27 aprel tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində isə R.Rza "Ana qaz”, L.Nuren "Mən gəldim qızlar” ("Müharibə”), "III Riçard” (U.Şekspir), "Şeyx Sənan” (H.Cavid) tamaşaları həm daimi tamaşaçılarımıza, həm də şəhərimizin qonaqlarına təqdim ediləcək.
7-ci Qlobal Forumu çərçivəsində tədbir iştirakçılarının asudə vaxtlarının səmərəli keçirilməsi üçün nümayiş etdiriləcək tamaşalar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunacaq. Belə ki, sözügedən tamaşaların ingilis dilində tərcüməsi səhnədə quraşdırılmış subtitrlər (qaçan sətirlər) vasitəsilə ötürüləcək. Bu da xarici qonaqlarımıza tamaşalarımızı daha rahat şəkildə anlamaq imkanı yaradacaq.


















www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















