“Qoca kloun” Trabzona gedir - Fotolar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq teatr festivalında iştirak etmək üçün dəvət alıb. 2-15 may tarixlərində Türkiyənin Trabzon şəhərində keçiriləcək XVII Qara dəniz ölkələri Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün kollektiv səfərə hazırlaşır. Teatr festivalda ölkəmizi məşhur Rumın dramaturqu Matey Vişnekin "Qoca kloun” tamaşası ilə təmsil edəcək.
Fetivalda iştirak etmək üçün yaradıcı kollektiv teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun rəhbərliyi ilə aprel ayının 27-də Türkiyənin Trabzon şəhərinə yola düşəcək. 2 may tarixində festivalın təntənəli açılış mərasimi, 3 may tarixində Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində "Qoca kloun” tamaşası Beynəlxalq Münsiflər heyətinə təqdim olunacaq.
Quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov olan tamaşada rejissorla yanaşı gənc və istedadlı aktyorlar Vüsal Mehrəliyev, Manaf Dadaşov və Müşfiq Əliyev eyni səhnəni paylaşırlar. İkihissəli tragikomediya janrında olan tamaşa yaşlı aktyor-klounların həyatını, onların faciəli talelərini əks etdirir.
Məlumat üçün bildirək ki, hər il ənənəvi keçirilən festivalda Türkiyənin məşhur teatr kollektivləri ilə yanaşı, dünyanın bir çox ölkələrinin ən nüfuzlu teatrları iştirak edirlər.
Səfər müddətində teatrın rəhbəri Mübariz Həmidovun bir neçə xarici ölkə teatr rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.






www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















