Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Birləşmiş Krallığa gedir - FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may ayı üçün növbəti – dördüncü Beynəlxalq səfərinə hazırlaşır.
May ayının 28-dən – iyun ayının 2-dək davam edəcək qastrol səfəri Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutacaq. Böyük Britaniyada fəaliyyət göstərən "UMUD Ltd Company” şirkətinin dəvəti ilə keçiriləcək qastrol səfərində dahi dramaturq M.F.Axundzadənin "Hekayəti xırs quldurbasan” tamaşası nümayiş etdiriləcək.
2009-cu ildə Xalq Artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilən tamaşada Əməkdar Artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, İlham Əsədov, Elnur Kərimov, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Eşqin Quliyev, Aydın Dəmirov iştirak edəcəklər.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək səfərə kollektiv teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov başda olmaqla may ayının 28-də yola düşəcək.




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















