Gənc Tamaşaçılar Teatrının Rusiyadan qonaqları var - FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına Rusiyalı qonaqlar təşrif buyurublar.
Rusiya Federasiyası Kalmık Milli Dram Teatrının baş direktoru, Kalmıkiya Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət işçisi Qalina Borisovna Şurayeva və Krasnoyarsk vilayətinin Sosial siyasət naziri Qalina Mixaylovna Kovalyeva bir neçə gün ərzində şəhərimizin qonaqları olacaqlar. Bakının gəzməli, görməli yerləri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcək qonaqlar həmçinin, gələcək yaradıcılıq planları haqqında müzakirələr edəcəklər.
Bildiyiniz kimi ötən ay premyerası həyata keçirilmiş "Qohumlar” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və B.Basanqov adına Kalmıkiya Milli Dram Teatrı rəhbərlərinin imzaladığı qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq hazırlanıb. Qalina Şurayeva layihənin Kalmıkiya Teatrı tərəfindən həmsədri olaraq hazırlanan yeni tamaşaya baxmaq imkanı əldə edəcək. Belə ki, Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF və Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Boris Mandjiyevin quruluşunda hazırlanan uğurlu səhnə əsəri iyul ayının 9-da saat 19.00-da qonaqlarımıza təqdim olunacaq.
Iki hissəli müziklda Əməkdar Artistlər Şövqi Hüseynov, Naibə Allahverdiyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Ramil Məmmədov, Vahid Orucoğlu, Elnur Hüseynov, İlham Əsədov, Zemfira Əbdülsəmədova, Sona Babayeva, Məsumə Babayeva, Məhərrəm Musayev, Rəzzaq Məmmədov, Ələsgər Qurbanəliyev, Bəxtiyar Kərimov, Vüqar Məmmədəliyev, Elnur Əliyev, Elgün Yəhyayev, Bəhram Həsənov, Eşqin Quliyev, Aydın Dəmirov, Ceyhun Məmmədov və Yusif Dadaşov iştirak edəcəklər.








www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















