İslam dünyasının mərkəzində katolik məbədi - FOTOREPORTAJ

Rüstəm Qasımov
Türkiyə dünyanın tək-tük ölkələrindən biridir ki, burada islam və xristianlıq harmoniya içində mövcudluqlarını davam etdirirlər. Bu gün sizinlə İstanbulun böyük katolik mərkəzlərindən birinə - Müqəddəs Antoni kilsəsinə (Antuan Paduanski) baş çəkəcəyik. Bu məbəd İstanbulda dini tolerantlığın simvollarından sayılır.
Ecazkar məbədin yanından soyuqqanlı şəkildə keçmək mümkün deyil. Neoqotik üslubda qırmızı kərpicdən tikilən Müqəddəs Antoni məbədi dərhal diqqətləri cəlb edir. Bu qeyri-adi, unikal tikilinin memarı Culio Monqeridir. Məbədin tikintisi 6 il çəkib və 1912-ci ildə başa çatıb. Maraq doğuran təkcə tikili deyil, ətrafdakı memarlıq nümunələri də həmçinin.
Kilsə hər gün işləyir və 8:00-dan 19:00-a qədər. Məbəd haqqında daha ətraflı məlumat öyrənmək üçün www.sentuan.com saytına baş çəkmək olar. Ziyarətçilərin dediyinə görə, Miladda kilsə daha da gözəlləşir və qeyri-adi mühit hökm sürür. Maraqlı cəhətlərdən biri də kilsənin əməkdaşlarının, keşişlərin ayinləri bir neçə dildə ingilis, italyan, türk və polyak dillərində demələridir.
Bu gözəllik abidəsindən hazırladığımız fotosesiyanı təqdim edirik.
Xoş seyrlər:

























www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















