Azərbaycanda xidmət etmiş yazıçı vəfat etdi

Ukraynalı yazıçı, siyasi və ictimai xadim, Ali Radanın deputatı (1990-1994), Ukrayna qəhrəmanı Roman İvanıçuk 88 yaşında vəfat edib.
ANN.Az "Report"a istinadən bildirir ki, bu barədə Lvov Şəhər Şurasının saytı məlumat yayıb.
İvanıçuk Lvovun Lıçakovski qəbiristanlığında dəfn olunacaq.
Roman İvanıçuk 27 may 1929-cu ildə Traç kəndində (hazırda İvano-Frankovski vilayətinin Kosovski rayonu) dünyaya gəlib. 1948-ci ildə Lvov Universitetinin Ukrayna filologiyası fakültəsinə daxil olub. 1949-cu ildə oradan xaric edilib. O, 3 il Azərbaycanda hərbi xidmətdə olub və 1953-cü ildə universitetə bərpa olunub və 1957-ci ildə oranı bitirib.
1958-ci ildə onun ilk novellalar toplusu çapdan çıxıb.
Yazıçının aktivində 20 tarixi roman var. Onun əsərləri fransız, rus və digər dillərə tərcümə olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















