Xalq artisti məktəb direktoru oldu

Xalq artisti Fidan Hacıyeva biznes fəaliyyətinə başladı.
ANN.Az publika.az-a istinadən bildirir ki, xalq artisti özəl musiqi məktəbi açıb. Yeni dərs mövsümündə fəaliyyətə başlayan məktəbdə caz, vokal, fortopiano, skripka və digər fənlər tədris olunacaq. Məktəbdə məşhur sənətçilərdən əməkdar incəsənət xadimi Cavan Zeynallı və Fidan Hacıyeva, eyni zamanda Konservatoriyanın müəllimləri dərs deyəcək.
Qeyd edək ki, həm də direktorluğunu edəcək Fidan Hacıyevanın məktəbində təhsil pulludur. Bir aylıq fərdi dərslər 240, kollektiv dərslər isə 120 manatdır.
Xəbəri xalq artisti özü də təsdiqləyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















