Rəşid Behbudovun 100 illiyinə həsr edilmiş konsert olacaq

Dünya şöhrətli müğənni Rəşid Behbudovun anadan olmasının 100-cü ildönümü münasibətilə sentyabrın 27-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində konsert olacaq.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, tədbir saat 19.00-da başlayacaq.
Məlumata görə, konsert Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının kiçik zalında olacaq. Təbridə Rəşid Behbudovun oxuduğu opera və mahnılardan nümunələrin videoarxivi nümayiş etdiriləcək.
Xəbərdə bildirilib ki, konsertdə Gürcüstanın tanınmış bəstəkarı Vaja Azaraşvili, tenor İrakli Murcikneli və başqa musiqiçilər, opera müğənniləri iştirak edəcəklər.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















