Azərbaycan bu il də “Junior Eurovision”a qatılmayacaq

Azərbaycan bu il də "Junior Eurovision - 2016” mahnı müsabiqəsində iştirak etməyəcək.
ANN.Az Qafqazinfo-ya daxil olan məlumata görə, 20 noyabrda baş tutacaq müsabiqəyə 17 ölkə qatılacaq.
Müsabiqəyə ikinci dəfə ev sahibliyi edən Maltada Albaniya, Ermənistan, Avstraliya, Belarus, Bolqarıstan, Kipr, Gürcüstan, İrlandiya, İtaliya, İsrail, Polşa, Hollandiya, Malta, Makedoniya, Rusiya, Serbiya və Ukraynanın 9-14 yaşlı təmsilçiləri çıxış edəcəklər.
Xatırladaq ki, ötən il Bolqarıstanda baş tutan müsabiqədə "Not My Soul” mahnısı ilə Malta təmsilçisi Destini Çukunyere qalib gəlib.
Azərbaycan isə müsabiqədən 2014-cü ildə imtina edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















