"Əli və Nino" filminin premyerası Heydər Əliyev Mərkəzində

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində "Əli və Nino" filminin Azərbaycanda premyerası olacaq.
Mərkəzdən Trend-ə verilən məlumata görə, yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilən filmin təqdimat mərasimində ekran əsərinin yaradıcı heyəti də iştirak edəcək.
Çəkilişləri 2015-ci il ərzində aparılan "Əli və Nino" filminin süjet xətti Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgi hekayəsi üzərində qurulub.
Filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.
Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi İçərişəhərdə, Qobustan, Xınalıq, Gəncə və Gədəbəydə aparılıb.
104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Fəxrəddin Manafov, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.
"Əli və Nino"nun ilk nümayişi 2016-cı yanvarın 27-də ABŞ-ın nüfuzlu "Sundance" beynəlxalq film festivalı çərçivəsində olub. Ekran əsəri festivalda 3 gün ərzində "Premyera" kateqoriyasında təqdim edilib.
Film Azərbaycanda oktyabrın 6-dan başlayaraq "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.
Həmçinin qeyd edək ki, oktyabrın 24-də başlayacaq Asiya Dünya Film Festivalı "Əli və Nino" filmini açılış mərasimində nümayiş olunacaq ekran əsəri kimi seçib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















