İlham Əliyevin mükafat verdiyi 10 yaşlı Fidan kimdir? - VİDEO

Dünən Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
Sərəncama görə, Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na adı düşən 3 nəfərdən biri Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Hüseynova Fidan Yaqub qızıdır.
10 yaşlı Fidan Azərbaycan mətbuatına o qədər də yad biri deyil. Belə ki, o, iki il əvvəl fransalı müğənni Lara Fabianın Bakı konsertində çıxış edib. Gənc istedad məşhur dünya ulduzu ilə "Je t’aime” mahnısını duet oxuyub.
F. Hüseynova bundan başqa Lara Fabianın İstanbuldakı konsertində çıxış edərək həmin mahnını yenidən duet şəklində ifa edib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Fidan Azərbaycanda məşhur iş adamının qızıdır.
Balaca sənətçinin atası Yaqub Hüseynov "Bridge Group of Companies" şirkətlər qrupunun, "Bridge Plaza” biznes mərkəzinin (Azservice) və "Global Interiors Group” şirkətinin təsisçisidir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















