Alim Qasımov “Ən nüfuzlu müsəlmanlar” siyahısında

Xalq artisti Alim Qasımov yenidən "Ən nüfuzlu müsəlmanlar” siyahısına daxil olub.
Axşam.az-ın məlumatına görə, siyahıda ən nüfuzlu 500 müsəlmanın adı yer alıb. "The Muslim 500-2017” Corctaundakı müsəlman-xristian anlaşma mərkəzinin dəstəyi ilə Əmmanın strateji araşdırmalar mərkəzi tərəfindən tərtib edilib.
Siyahı bir neçə kateqoriyaya ayrılıb. Orada göstərilən ilk əlliliyə daha nüfuzlu şəxslərin adları yazılıb.
Siyahıya din xadimləri, milli və beynəlxalq dini orqanların, hərəkət və təşkilatların rəhbərləri daxildir. A.Qasımov incəsənət və mədəniyyət kateqoriyası üzrə hazırlanan siyahıda 31-ci sıradadır.
Qeyd edək ki, A.Qasımov dünya səviyyəsində hazırlanan "Ən nüfuzlu müsəlmanlar” artıq üçüncü dəfədir siyahısında yer alır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















