Kalmık Teatrının qastrol səfəri yekunlaşdı

Hər iki teatrın aktyorlarının ifasındakı "Qohumlar” maraqla qarşılandı...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyası Kalmık Milli Dram Teatrının növbəti qastrol səfəri başa çatıb. Cari ilin oktyabr ayının 13-dən start götürən və üç gün davam edən qastrol səfəri çərçivəsində yaradıcı kollektiv Y.Şyutskinin "Три поросенка” ("Üç donuz balası”) və B.Basanqovun "Təəccüb doğuran hadisə” əsəri əsasında V.Şuqrayeva və Ə.Əmirlinin səhnə üçün işlədikləri "Родные наши” ("Qohumlar”) tamaşaları ilə çıxış edib.
Qastrol səfərinin son günü B.Basanqov adına Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF-in və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi Boris Manciyevin teatrımızda hazırladığı "Qohumlar” tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrı və Kalmık Milli Dram Teatrının aktyorlarının ifasında göstərilib. Maraqlı eksperiment izləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Tamaşadan sonra çıxış edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov 5 ildən artıq davam edən yaradıcılıq münasibətlərinin yaranma tarixi, iki teatr arasındakı uğurlu yaradıcılıq müqaviləsi haqqında ətraflı danışaraq, nümayiş etdirilən tamaşalar və qastrol səfərinə görə Kalmık Teatrına öz təşəkkürlərini bildirdilər.
Kalmık Milli Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Boris Mandjiyev isə göstərilən isti münasibətə görə öz dərin minnətdarlığını bildirərək cari ilin noyabr ayında Elistada baş tutacaq "Qohumlar” tamaşasını səbrsizliklə gözlədiklərini vurğulayıb.
Gənc Tamaşaçılar Teatrına Kalmıkiyanın milli hədiyyələrini təqdim edən B.Manciyevə Dövlət Gənc Tamaşaçılar Teatrı adından xüsusi hədiyyələr təqdim olunub.
Məlumat üçün bildirək ki, noyabr ayının ilk ongünlüyündə Dövlət Gənc Tamaşaçılar Teatrı Kalmıkiyaya qastrol səfəri edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















