Musiqili Teatrda “Fransızsayağı qarnir” tamaşası nümayiş olunub

Azərbaycan Dövlət Musiqili Teatrında Mark Kamolettinin "Fransızsayağı qarnir” iki hissəli musiqili lirik komediyası nümayiş olunub.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, "Fransızsayağı qarnir” əsəri ağlasığmaz sevgi oyunlarından bəhs edir. Tamaşa boyu gözlənilməz situasiyalar, biri digərinə açar olan olaylar, sirli, maraqlı hadisələr sürətlə bir-birini əvəz edir. Dövlət Musiqili Teatrının rus bölməsi tərəfindən hazırlanan bu komediya tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanıb. Tamaşadakı əsas rollardan birini – Jaklin obrazını bu yaxınlarda 60 yaşı tamam olan və bu münasibətlə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev tərəfindən milli teatr sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə görə mükafatlandırılan tanınmış aktirsa Marina Litvinenko canlandırıb.
Qeyd edək ki, "Fransızsayağı qarnir” iki hissəli musiqili lirik komediyasının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları Əməkdar artist Svetlana Bulax (Suzetta), aktyorlar Emil Heydərov (Robert), Marina Litvinenko (Jaklin), Rauf Babayev (Bernard), Yuliya Heydərova (Suzanna) və Firuz Məmmədov (Corc) ifa ediblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















