Bakıda klassik italyan musiqisi konserti

Bakıda klassik italyan musiqisi konserti keçiriləcək.
İtaliyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, konsert oktyabrın 27-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Musiqili Teatrında baş tutacaq.
Konsert Bakı Musiqi Akademiyası və Luici Kerubini Konservatoriyası arasında olan ERASMUS proqramı üzrə "Espressioned'Arte" Assosiasiyasının həyata keçirdiyi musiqiçilərin mübadiləsi çərçivəsində baş tutacaq. Layihənin məqsədi konservatoriyalar arasında əlaqələrin inkişafıdır.
Bu proqram çərçivəsində Bakı Musiqi Akademiyasının musiqiçilər noyabrın 1-dən 5-dək İtaliyada səfərdə olacaq və onlar noyabrın 4-də Florensiyada yekun konsertlə çıxış edəcəklər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















