Almaniyalı ifaçı Bakıda ustad dərsi keçib - FOTOLAR

Oktyabrın 28-də "Landmark Rotunda” caz klubunda Almaniyanın tanınmış truba ifaçısı Sebastyan Studnitski cazsevərlər üçün ustad dərsi keçib.
ANN.Az xəbər verir ki, tanınmış alman truba ifaçısının ustad dərsi Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı əsasında ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşıb.
Ustad dərsinə kiçik musiqi konserti ilə davam edən S.Studnitski hit caz musiqi nömrələri ilə yanaşı, dünya caz əsərlərinə, müxtəlif mövzulara həsr olunmuş kompozisiyalara da müraciət edib. İfası ilə hər kəsi sehrləyən S.Studnitskinin çıxışı cazsevərlərin alqışları ilə müşayiət olunub.
Qeyd edək ki, atası musiqiçi olan S.Studnitski musiqiyə hələ uşaq yaşlarından böyük maraq göstərib. 4 yaşında pianoda, 9 yaşında isə trubada klassik musiqi ifa edib. O, yaradıcılığında müxtəlif musiqi üslublarını birləşdirir. S.Studnitski bir çox dünyaca məşhur kollektivlər və ifaçılarla əməkdaşlıq edir. Nüfuzlu caz festivallarında iştirak edən solo ifaçı, habelə müxtəlif kollektivlərin heyətində bütün dünyanı dolaşıb və ondan çox albomu işıq üzü görüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















