• $
  • €
  • ₽
  • ₺
  • £

Fransız sənətçiyə portret hədiyyə edən azərbaycanlı rəssam - MÜSAHİBƏ - FOTOLAR

Fransız sənətçiyə portret hədiyyə edən azərbaycanlı rəssam - MÜSAHİBƏ - FOTOLAR
03.11.2016 12:42
Bu günlərdə gənc azərbaycanlı rəssam, beynəlxalq müsabiqələrdə qalib olmuş Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü Nərgiz Quliyeva dünya şöhrətli opera müğənnisi Anna Netrebkoya "Qadın obrazı - Anna Netrebko” adlı rəsm əsərini hədiyyə edib. 

Həmin əsər 2016-cı ildə Rusiyada Böyük Teatrda səhnəyə qoyulan və baş rollarını Anna Netrebko və Yusif Eyvazovun ifa etdiyi "Manon Lesko” operası münasibətilə çəkilib. Premyeradan sonra  Anna Netrebkova gənc rəssamdan onun yaradıcılığını hörmət əlaməti olaraq qiymətli hədiyyə alır.

 
 
Rəsm əsərinin müəllifi Nərgiz Quliyeva istedadl Azərbaycan rəssamıdır. Nərgiz Quliyeva Azərbaycan Rəssamlıq Akademiyasının məzunudur, bir çox beynəlxalq (Fransa, Almanya, Türkiyə) müsabiqələrin laureatıdır. Nərgiz xanım Almaniya səfirliyi tərəfindən keçirilən "Almaniya rəssamın gözü ilə” müsabiqəsinin qalibidir.

Onun işləri Rusiya, Fransa və Azərbaycanın məşhur mədəniyyət xadimlərinin şəxsi kolleksiyalarında saxlanılır. Oktyabrın üçüncü ongünlüyündə Luvr muzeyinin Karusel qalereyasında məşhur rəssamların "Art Shopping Louvre" beynəlxalq sərgisi keçirilib. Nərgiz Quliyeva həmin sərgidə də iştirak edib. Nərgiz xanımın işləri Parisdə, Vyanada, Bakıda və s. nümayiş etdirilib.



 
ANN.Az olaraq, rəssamlardan belə bir ideyanın necə yaradığını öyrənmək istədik. 
 
- Nərgiz xanım, Anna Netrebkonun partretini yaratmaq ideyası necə yarandı?

Anna Netrebko dünya musiqi mədəniyyəti tarixində ən məşhur və populyar opera müğənnilərdən biridir. Onun səsi milyonlarla tamaşaçını valeh edir. İfaçının şəxsi kolleksiyasında isə saysız-hesabsız müxtəlif mükafatlar var. Onun pərəstişkarları arasında tanınmış iş adamları, siyasətçilər, mədəniyyət xadimləri var.

"Time-100” jurnalına görə o, dünya müsiqiçiləri sırasında ilk yeri tutub. Qeyri-adi səsi, xüsusi aktyorluq bacarığı onun oynadığı rol ilə unudulmaz bağ yaradır. Anna Netrebkonun yaradıcılığına heyran qalan bir şəxs olaraq, ona bunu rəsm əsəri formasında təqdim etmək istədim. Hesab edirəm ki, opera sənətçisinə özünəməxsus şəkildə təşəkkür etdim. 

Annanın həyat yoldaş beynalxalq konkursların laureatı, Azerbaycan Opera və Balet Teatrının dirijoru və böyük teatrda "Puccini” operasında baş rolu onun həyat yoldaşı Lucano Pavarottinin tələbəsi Yusif Eyvazov ifa edib. İstər Anna, istərsə də Yusif üçün bu opera əhəmiyyətli idi. Çünki onlar iki il əvvəl Romada "Manon Lesko”nun məşqində tanış olublar. XVIII əsrin məhəbbət tarixi müasir romantik tarixin başlanğıcı olub. Bu, onların ilk birgə işləridir.

 


Yusif Eyvazov mənim həyat yoldaşımın dostudur və bizi Böyük Teatrda premyeranı izləməyə dəvət edib. Bunun üçün biz Parisə getməli idik. "Karrusel de Luvr” zalında keçirilən sayca 19-cu olan illik sərgidə iştirakçı olmuşam. Ona görə də, biz Parisdən öncə Anna ilə Yusifin iştirakı ilə tamaşasını izləmək üçün Moskvaya getmək qərarına gəldik. Beləliklə, mənə hədiyyəni Annaya təqdim etmək üçün fürsət yarandı.


 
- Bəs, bu rəsm əsərini yaratmaq üçün çox vaxt sərf etdiniz?

- Yox, kifayət qədər qısa müddət ərzində bu rəsm əsərini hazırladım. 

- Netrebkonun hədiyyənizə reaksiyası necə oldu? 

- Rəsmi çox bəyəndi. O həyat yoldaşı ilə hədiyyə üçün bizə təşəkkür etdi, özünün portreti ilə xatirə şəkli çəkdirdi və bizə fotolarını göndərdi. Etiraf edim ki, Netrebkonun reaksiyası məni təəccübləndirdi. Məsələ orasındadır ki, opera sənətçisinin koleksiyasında daha dəyərli hədiyyələr var. Lakin rəsm Annanın o qədər xoşuna gəldi ki, o, bu rəsm əsərini evinə aparmadı, rəsmi Avropadan gələn festival iştirakçılarının ziyarət etdiyi Zalsburq Opera Muzeyinə təhvil verdi.

 

 
- Nərgiz  xanım, söhbətə görə çox sağ olun. Sizə dünyanın ən mötəbər muzey və qalereyalarında sərgilər və yaradıcılıq uğurları arzulayırıq.

- Sağ olun! 

Rüstəm Qasımov

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol