Sumqayıt Teatrı mövsümü “Hacı Qara” ilə açacaq

Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı "Hacı Qara” komediyası ilə reallaşacaq.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı 22 noyabr, saat 1600-da M.F.Axundzadənin "Hacı Qara” komediyası ilə reallaşacaq. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı əməkdar artist, teatrın baş rejissoru Firudin Məhərrəmovdur. Sumqayıt teatrının "Hacı Qara”sı traktofkası və aktyor improvizəsi ilə fərqlənir.
Hacı Qara rolunu istedadlı aktyor Akif Mirzəyev oynayır. Əsas rolları əməkdar artistlər Cəlal Məmmədov, İlahə Səfərova, aktyorlar İlham Səfərli, İlahə Səfərova, və başqaları canlandırırlar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















