• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda Xalq artisti Mobil Əhmədovun xatirəsi yad edildi

Musiqili Teatrda Xalq artisti Mobil Əhmədovun xatirəsi yad edildi
21.11.2016 18:54
Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan Xalq artisti Mobil Əhmədovun 85 yaşı tamam olub.
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu münasibətlə Dövlət Musiqili Teatrında mərhum aktyorun xatirəsi anılıb, dahi Üzeyir Hacıbəylinin ölməz "O olmasın, bu olsun” iki hissəli musiqili komediyasının növbəti nümayişi Mobil Əhmədovun 85 illiyinə həsr olunub. Tamaşanın nümayişindən əvvəl Musiqili Teatrın Ədəbi hissə müdiri, Respublikanın Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Mobil Əhmədovun həyat və yaradıcılığı haqqında çıxış edib. T. Pənahqızı aktyorun canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyini, böyük maraq və rəğbətlə qarşılandığını, özünəməxsus ifa tərzinə malik olduğunu vurğulayıb. "Mobil Əhmədov 40 ilə yaxın Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində bir-birindən maraqlı obrazlar ifa edib. O, uzun illər "O olmasın, bu olsun” tamaşasında Sərvər rolunu oynayıb. Onun yaratdığı Sərvər tam fərqliydi, özünəməxsusluğu ilə seçilirdi. "O olmasın, bu olsun” tamaşasının bugünkü nümayişinin Mobil Əhmədovun 85 illiyinə həsr olunmasının səbəbi də məhz onun vaxtı ilə bu tamaşada Sərvər obrazını canlandırmasıdır. Allah Mobil müəllimə rəhmət eləsin! Ruhu şad olsun! Onun işıqlı xatirəsi daim bizim qəlbimizdə yaşayacaq”, - deyə T. Pənahqızı bildirib.
 
Qeyd edək ki, Mobil Salman oğlu Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncə şəhərində anadan olub. Orta məktəbdə oxuduğu illərdə rəssamlığa böyük həvəsi olub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub və görkəmli vokal ustası Bülbülün sinfində təhsil almağa başlayıb. 1961-ci ildə Konservatoriyanı bitirən Mobil Əhmədov radio və televiziyanın xorunda solist kimi fəaliyyətə başlayıb. Elə həmin ilin sentyabrında Azərbaycan Dövlət Musiqili Teatrına (o vaxtki Musiqili Komediya Teatrına) dəvət olunub və burada işlədiyi təqribən 40 il ərzində 70-dən çox tamaşada müvəffəqiyyətlə çıxış edib. Sərvər, Əsgər ("O olmasın, bu olsun”, "Arşın mal alan”, Ü. Hacıbəyli), Heydər bəy ("Xəsis”, M.F. Axundzadənin "Hacı Qara” komediyası əsasında. Bəstəkarlar R. Mustafayev və V. Adıgözəlov), Nadir ("Qızılaxtaranlar”, H. Seyidbəyli, T. Quliyev), Zəfər ("Özümüz bilərik”, Ş. Qurbanov, S. Ələsgərov), Bəxtiyar ("Ulduz”, S. Rəhman, S. Ələsgərov), Arzu, Yetim ("Olmadı elə, oldu belə”, "Milyonçunun dilənçi oğlu”, Ş. Qurbanov, S. Ələsgərov), Ayaz ("Qayınana”, M. Şamxalov, Z. Bağırov), Alay ("Gözün aydın”, M. Əlizadə, F. Əmirov), Sahib ("Ləpələr”, Ə. Kürçaylı, A. Məlikov), Etibar ("Qızılgül”, M. Əlizadə, S. Hacıbəyov), Rəşid ("Hardasan, ay subalıq?”, S. Qədirzadə, S. Ələsgərov), Qiyas ("Beş manatlıq gəlin”, M.S. Ordubadi, S. Rüstəmov), Xəzər ("Məmmədəli kurorta gedir”, A. Zeynallı, T. Bakıxanov), Nemət ("Təzə gəlin”, S. Dağlı, C. Cahangirov), Çingiz ("Boşanaq, evlənərik”, Ə. Kürçaylı, V. Adıgözəlov), Murad ("Durna”, S. Rüstəm, S. Rüstəmov), Orxan ("Hicran”, S. Rəhman, E. Sabitoğlu) və yaratdığı başqa çoxsaylı obrazlar yaddaşlara həkk olunub. Yüksək ifaçılıq qabiliyyətinə malik olan M. Əhmədovun 600-dən çox lent yazısı, 40 valı var. Eyni zamanda o, müəllim-pedaqoq kimi Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Uşaq Filarmoniyasında və və 22 saylı Musiqi məktəbində tələbə və şagirdlərə vokal sənətinin sirlərini öyrədib. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1978-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti”, 2000-ci ildə isə  "Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb. 

Mobil Əhmədov 2006-cı il iyun ayının 2-də Bakıda vəfat edib və doğulduğu Gəncə şəhərində dəfn olunub.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol