“Kontrabas” Moldovadan uğurla qayıtdı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan və 10-dan artıq beynəlxalq festivalda uğurla çıxış edərək mükafatlarla geri dönən "Kontrabas” tamaşası növbəti səfərdən qayıdıb.
Bu dəfə tamaşa Moldova Respublikasının Kişinyov şəhərində keçirilən kiçik həcmli tamaşaların "MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında ölkəmizi təmsil edib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan festivalda Moldova, Belarus, Pribaltika, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının kollektivləri iştirak ediblər.
Tamaşamız noyabrın 24-də Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunaraq çox böyük uğur qazanıb. Festivalın ekspert qrupu nümayiş etdirilən hər tamaşadan sonra müzakirələr həyata keçirib. Beynəlxalq Teatr İnstitutu nəzdində (UNESCO) Beynəlxalq Mono-teatr Forumunun vitse-prezidenti, "Die-Fahre” alman-rus ədəbiyyat cəmiyyətinin və Beynəlxalq yazıçılar və jurnalistlər Assosiasiyasının üzvü, "MOST” Beynəlxalq Teatr Festivalının bədii rəhbəri Nina Mazurun rəhbəlik etdiyi ekspert qrupunda bir sıra görkəmli teatr tənqidçiləri, dramaturqlar, rejissorlar iştirak ediblər.
Müzakirələrdə ADGTT-nın Beynəlxalq miqyasda tanınması, uğurları haqqında müsbət rəylər səslənib, "Kontrabas” tamaşası isə festivalda iştirak edən ən uğurlu tamaşa kimi qiymətləndirilərək diplom və mükafatına layiq görülüb.
Festival çərçivəsində aktyor və rejissor sənətinə aid bir sıra treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri də keçirilib, teatr daha bir neçə ölkədə keçiriləcək beynəlxalq teatr festivallarına dəvət alıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















