"Qara bağ" filmi beynəlxalq festivala dəvət alıb

Amil Məmiyevin "Qara bağ” filmi "Qırğızıstan – qısametrajlı filmlər ölkəsi” beynəlxalq film festivalına dəvət alıb.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, festival dekabrın 12-dən 15-dək Bişkek şəhərində keçiriləcək.
"Qara bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan "40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.
Filmin ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırıblar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















