Soso Pavliaşvili Bakıya gəldi

Rusiyanın gürcü əsilli müğənnisi Soso Pavliaşvili bu gün Heydər Əliyev Sarayında konsert verəcək.
Oxu.Az xəbər verir ki, xeyriyyə məqsədi ilə keçirilən konsert proqramında Emin, Vaxtanq Kikabidze və "A-studio” qrupu da çıxış edəcək.
Tədbirdən əldə edilən gəlir xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq.
Xatırladaq ki, Pavliaşvili 2004-cü ildə işğal altında olan Dağlıq Qarabağ ərazisində konsert proqramı ilə çıxış etmiş və bununla da Azərbaycan hökumətinin qəzəbini doğurmuşdu. Azərbaycanın Mədəniyyət və turizm nazirinin sərəncamı ilə Pavliaşvilinin bütün mahnılarının respublikanın radio və televiziyalarının efirində verilməsinə, eləcə də artistin konsert proqramı ilə çıxış etməsinə qadağa qoyulmuşdu.
O, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək Azərbaycan ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş etmiş, ifaçının müraciəti müvafiq qaydada nəzərdən keçirilmiş və onun ölkə ərazisinə girişinə icazə verilmişdi.
Onun Bakıya gəlişi sosial şəbəkə istifadəçiləri, millət vəkilləri, mədəniyyət xadimləri və bir sıra tanınmış insanlar tərəfindən birmənalı qarşılanmamış və buna etiraz edilmişdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















