Musiqili Teatrın aktyoru vəfat etdi

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ziyadxan Cəbrayılov bu gün səhər saatlarında dünyasını dəyişib.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, mərhum aktyor doğulduğu Şamaxı rayonunda dəfn olunacaq.
Ziyadxan Azad oğlu Cəbrayılov 1 iyun 1947-ci ildə Şamaxı rayonunda dünyaya göz açıb. 1970-ci ildə Kitabxanaçılıq Texnikumunun Mədəni-maarif şöbəsinə daxil olub. 1973-cü ildə Bakı Xalq Yaradıcılıq Evində «Qaravəlli» xalq teatrının rejissoru vəzifəsində çalışıb. 1975-ci ildə Əbilov adına Mədəniyyət Evinin Təşviqat briqadasının rəhbəri olub. 1977-ci ildə İncəsənət İnstitutunun «Musiqili-komediya aktyorluğu» fakultəsinə qəbul olunub. 1985-ci ildə «İRS» folklor ansambılında aktyor kimi fəaliyyətə başlayıb. 1970-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında (Azərbaycan Dövlət Musiqili Komediya Teatrında) aktyor kimi çalışıb. Teatrda işlədiyi müddət ərzində Əbülhəsən ("Subaylarınızdan görəsiniz”, S. Ələsgərov), Kar Möhsüm ("Beş manatlıq gəlin”, S. Rüstəmov), Həkim ("Hicran”, S. Rəhman, E. Sabitoğlu), Aşbaz ("Məlikməmmədin nağılı”), Qəzetçi Səfdər ("Özümüz bilərik”, S. Ələsgərov), Fərrux kişi ("Nəğməli Könül”, E. Sabitoğlu, X. Hasilova), Biznesmen ("Məsmə xala dayımdır”, R. Mustafayev), Canavar, Meşəbəyi ("Qırmızıpapaq”, Y. Şvarts, E. Sabitoğlu), Axund Vəli ("Bir saat xəlifəlik”, R. Şəfəq), Kələntər ("Hərənin öz ulduzu”, S. Ələsgərov), Xəstə ("Məhəbbət oyunu”, C. Quliyev), Cangüdən ("Səhnədə məhəbbət”, S. Fərəcov), Yunis ("Talelər qovuşanda”, R. Hacıyev), Polis ("Əlin cibində olsun”, O. Rəcəbov), Sələmçi ("Bir günlük siğə”, S. Fərəcov), Jevakin ("Evlənmə”, N.V. Qoqol), Molla Salman ("Kimyagər”, S. Kərimi, Ə. Ol), Əcnəbi ("Qızıl toy”, O. Kazımi, R. Heydər), Zərgər ("Bankir adaxlı”, E. Sabitoğlu, T. Vəliyeva), Polis ("Şeytanın yubileyi”, O. Rəcəbov), Axund ("Toya bir gün qalmış”, Ə. Səmədli) və başqa obrazları özünəməxsus ustalıqla canlandırıb.
Allah rəhmət eləsin!
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















