Şəkidə Tarix İnstitutunun nəşrlərinin sərgisi təşkil olundu - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun başçılığı altında institut əməkdaşlarından ibarət nümayəndə heyəti Şəki şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısında və "Türk dünyasının mədəniyyət paytaxtı – Şəki-2016” ilinin bağlanış mərasimində iştirak edib.
Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, Şəki şəhərindəki "Marxal” müalicə-istirahət kompleksində "Türk dünyasının mədəniyyət paytaxtı – Şəki-2016” ili çərçivəsində Tarix İnstitutunun çap etdirdiyi kitabların sərgisi təşkil olunub.
Bu sərgidə Tarix İnstitutunun son illərdə Azərbaycanın və türk dünyasının tarixinə həsr olunmuş 100-dən çox adda kitabları yer alıb.
Azərbaycanın müxtəlif bölgələrinin tarixinə, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlarına, Azərbaycanın beynəlxalq əlaqələri tarixinə həsr olunmuş kitablar TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının toplantısında iştirak edənlərin böyük marağına səbəb olub.
Bu kitablar arasında müxtəlif dillərdə çap olunmuş "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, "Real tarix və "Böyük Ermənistan” uydurması”, İrəvan xanlığının tarixi ilə bağlı 12 broşür, "Azərbaycanlılar: etnik-siyasi tarixə ümumi baxış” və digər kitablar yer alıb.
Qeyd edək ki, Şəki "Türk dünyasının mədəniyyət paytaxtı” estafetini Qazaxıstanın Türküstan şəhərinə ötürüb.





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















