• $
  • €
  • ₽
  • ₺
  • £

Təbriz Teatrının rəhbəri Musiqili Teatrda

Təbriz Teatrının rəhbəri Musiqili Teatrda
02.12.2016 19:10
İranın məhşur komediya aktyoru, güneydə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreyn Azərbaycan Dövlət Musiqli Teatrında olub.
 
ANN.Az-ın məlumatına görə, Dövlət Musiqli Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, qonağı teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Ə. Lalayev ölkə Prezidenti cənab İlham Əliyevin,  Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan teatr sənətinin, Azərbaycan mədəniyyətinin yüksək səviyyədə inkişafı, habelə beynəlxalq arenada tanıdılması üçün çox mühüm və vacib işlər gördüyünü qonaqların diqqətinə çatdırıb. Teatr sənətinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsinin Azərbaycan teatrlarının inkişafında müstəsna rol oynadığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Proqramından irəli gələn məsələləri uğurla yerinə yetirdiyini xüsusi olaraq vurğulayıb. "7-8 noyabr tarixlərində ölkəmizdə "Teatr və multikulturalizm” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçirildi. Bu mötəbər tədbirdə dünyanın 40-a yaxın ölkəsindən təqribən 150 nümayəndə iştirak edirdi. Demək olar ki, dünyanın mədəniyyət ürəyi, teatr nəbzi bu iki gün ərzində Azərbaycanın paytaxtında döyündü. Belə böyük, genişmiqyaslı tədbirin yüksək səviyyədə Bakıda keçirilməsi bir daha dövlətimizin teatra, incəsənətə, ümumilikdə mədəniyyətə qayğısının, diqqətinin bariz nümunəsidir”, - deyə Ə. Lalayev bildirib. Sonra o, 31 oktyabr-1 noyabr tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən Teatr sənəti üzrə I Regional Elmi-nəzəri Beynəlxalq konfransda iştirakından söz açıb, təəssüratlarını bölüşüb. 

"Biz Təbrizdə Azərbaycan Dövlət Televiziyasını izləyə bilirik. Bir çox təbrizlilər kimi mən də həm Azərbaycan Televiziyasında, həm də internet vasitəsilə sizin teatrın müxtəlif tamaşalarını izləmişəm. Tərtibatına, quruluşuna, aktyorların ifasına heyran olduğum bu tamaşalar məndə çox böyük, həm də xoş təəssüratlar yaradıb. Özümə söz vermişdim ki, mütləq sizin teatrla əlaqə yaradım. Buna görə də Azərbaycana ayaq basan kimi ilk işim sizin teatra gəlmək oldu. Burda – sizin rəhbəri olduğunuz Dövlət Musiqli Teatrında yaradılmış şərait sözün həqiqi mənasında məni heyrətləndirdi. Bu binaya daxil olan kimi insan anındaca böyük, əzəmətli bir sənət məbədində olduğunu hiss edir”, - deyə Babək Nəhreyn söyləyib. 

İşgüzar şəraitdə keçən görüşdə qarşılıqlı əməkdaşlıq, mədəniyyət və incəsənət kollektivlərinin mübadiləsi, iki ölkə teatr xadimlərinin seminar, konfrans və festivallarda iştirakı, müştərək festivalların keçirilməsi və tamaşaların hazırlanması, tamaşaların lentlərinin, tarixi sənədlərin, elmi nəşrlərin, kitab və məlumatların mübadiləsi, səhnə əsərlərinin tərcümə və çap edilməsi və digər məsələlər müzakirə olunub.

Görüşdə iştirak edən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi yüksək səviyyəli qəbula görə təşəkkürünü bildirərək, iki ölkə arasında mədəni əlaqələrin getdikcə daha da sürətlə inkişaf etdiyini söyləyib. "Bu cür görüşlər və qarşılıqlı əməkdaşlıq iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır və hesab edirəm ki, belə görüşlərin müntəzəm keçirilməsinin hər iki ölkə teatr sənətinin uğur qazanması baxımından çox böyük əhəmiyyəti var”, - deyə S. İ. İbrahimi qeyd edib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol