2017-ci il “Molla Pənah Vaqif ili” elan edilib

Bir neçə gün əvvəl Şəkidə TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib.
Trend-in TÜRKSOY-un saytına istinadən verdiyi məlumata görə, iclas zamanı 2017-ci ilin "Molla Pənah Vaqif ili” olması barədə qərar qəbul olunub.
Bu qərar Azərbaycan şairinin gələn il qeyd olunacaq 300 illik yubileyi ilə əlaqədar qəbul olunub. Bundan başqa yeni "Türk dünyasının mədəniyyət paytaxtıp” da məlum olub. Gələn il bu adı Qazaxıstanın Türküstan şəhəri daşıyacaq.
Qeyd edək ki, 2016-cı ildə "Türk dünyasının mədəniyyət paytaxtı” Şəki şəhəri idi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















