Azərbaycan əsəri Türk dilində oxuculara təqdim olunub

Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” kitabı Türkiyə türkcəsində oxuculara təqdim olunub.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsinə başlanılıb. Layihə çərçivəsində Türkiyədə fəaliyyət göstərən "Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçirilir.
Layihə üzrə Yusuf Vəzir Çəmənzəminli "Kan içinde. İki ateş arasında” romanının ardınca Cəlil Məmmədquluzadənin "Danabaş köyünün hikayeleri” kitabı türkiyəli kitabsevərlərin ixtiyarına verilib. Kitablar qardaş xalqın rəğbəti ilə qarşılanıb.
Qeyd edək ki, kitabları Türkiyə türkcəsinə Azərbaycan əsilli, tanınmış şair-yazıçı Yurtseven Şen çevirib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















