"Aida" operası Opera və Balet Teatrında

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik opera sənətinin ən dəyərli nümunələrindən biri - Cüzeppe Verdinin "Aida" operasının tamaşası keçiriləcək.
Teatrın Mətbuat Xidmətindən verilən məlumata görə, tamaşada əsas partiyalardan birini - Aida partiyasını ilk dəfə teatrın aparıcı solisti - əməkdar artist, Azərbaycan Prezidenti mükafatçısı Afaq Abbasova ifa edəcək. Amneris rolunda gənc solist Nina Makarova, Misir şahı partiyasında xalq artisti Əli Əsgərov, ramfis partiyasında əməkdar artist Əkrəm Poladov, Kahin qadın rolunda əməkdar artist Gülnaz İsmayılova çıxış edəcəklər.
Tamaşada iştirak etmək üçün Gürcüstanlı vokalçılar - Gürcüstanın xalq artisti və Dövlət Mükafatı laureatı, professor Teymuraz Ququşvili (Radames) və əməkdar artist Sulxan Qvelesiani (Amonasro) da dəvət olunublar. Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















