Gənc Tamaşaçılar Teatrının direktoru beynəlxalq konqresə dəvət alıb

Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov yeni ilin may ayında Keyptaunda beynəlxalq konqresdə iştirak edəcək.
Konqres 2017-ci ilin may ayının 17-dən – 27-dək keçiriləcək. Cənubi Afrikada baş tutacaq "Yaradıcılığın beşiyi” adlı XIX ASSİTEJ Dünya Konqresi və Səhnə Sənəti Festivalı ASSİTEJ-Azərbaycan Milli Mərkəzi, onun həyata keçirdiyi layihələr üçün olduqca əhəmiyyətlidir. Konqres digər Milli Mərkəz rəhbərləri ilə yaxından tanış olmaq, onların iş prinsipləri, birgə əməkdaşlıq və yaradıcılıq mübadiləsi üçün əlverişli imkanlar yaradacaq.
Dünyanın ən nüfuzlu teatr rəhbərlərinin iştirak edəcəyi XIX ASSİTEJ Dünya Konqresi və Səhnə Sənəti Festivalı yeni yaradıcılıq axtarışları, mədəni əlaqələrin inkişafı və genişləndirilməsi, ortaq layihələrin hazırlanması istiqamətində mühüm rol oynayacaq.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















