Nazirlikdən Rusiya kanalındakı erməni iddialarına CAVAB

Ötən gün Rusiyanın "Telekafe” televiziya kanalında "Sən gəlməz oldun” musiqisi fonunda lavaş, kətə, təndir çörəyi və Azərbaycan mətbəxinə məxsus digər nümunələr erməni mətbəxi kimi təqdim edilib.
Həmin veriliş 2014-cü ildə hazırlanıb və ötən gün yenidən yayımlanıb. Verilişin aparıcısının da erməni milliyətindən olduğu məlum olub.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov bildirib ki, ermənilər zaman-zaman Azərbaycanın milli mətbəx və digər mədəniyyət nümunələri ilə bağlı iddialar səsləndirib, lakin həmişə uğursuzluğa düçar olublar:
"Ötən ilin 28 noyabr - 2 dekabr tarixində UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komitəsinin Efiopiyada keçirilən 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən "İncə çörək hazırlama və paylaşma mədəniyyəti: Lavaş, qatırma, yupka, yufka” UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu baxımdan ermənilərin iddiaları tamamilə əsassızdır və eyni zamanda "Telekafe” kanalında yayımlanan həmin proqramın 2 il bundan qabaq hazırlandığını nəzərə alsaq, ermənilərin bu iddiaları aradan qalxmış olur. Azərbaycanın zəngin mətbəxi var və bu mətbəx nümunələri Mədəniyyət və Turizm Nazirliyi, digər dövlət qurumları, o cümlədən Azərbaycanın peşəkar aşpazları tərəfindən ölkə xaricində mütəmadi təbliğ olunur”.
"Sən gəlməz oldun” musiqisinə gəlincə isə, V.Şıxəmmədov bildirib ki, bu, dünyada kifayət qədər məşhur olan və beynəlxalq tədbirlərdə səslənən bir musiqidir: "Musiqinin müəllifinin Azərbaycanın tanınmış bəstəkarı Ələkbər Tağıyev olmasına dair heç bir şübhə yoxdur. Yəni hər kəs musiqinin kimə aid olduğunu bilir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















