Azərbaycanlı şair vəfat etdi

Şair Camal Yusifzadə vəfat edib.
Ailəsindən APA-ya verilən məlumata görə, Camal Yusifzadə yanvarın 16-da ürək tutmasından dünyasını dəyişib. Şair sabah Lənkəranda dəfn olunacaq.
Qeyd edək ki, Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil alıb (1960-1965).
Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib (1966-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub.
Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub (1991-1998).
1998-ci ildən Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru vəzifəsində çalışırdı. Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















