Azərbaycanlı karikatura ustası münsif oldu

Tanınmış karikatura ustası Seyran Cəfərli birinci "Beynəlxalq Qlobal Online” karikatura yarışmasının münsiflər heyəti tərkibində yer alıb.
ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Ankarada keçirilən yarışmaya 65 ölkədən 800-dən çox karikaturaçının 2500 əsəri təqdim olunub.
Təqdimetmə mərasimində çıxış edən Seyran Cəfərli belə tədbirlərin tez-tez keçirilməsinin dünya, o cümlədən Türkiyə və Azərbaycan arasındakı mədəni əlaqələrin inkişafında böyük rol oynadığını bildirib. Qarşılıqlı iş birliyinin qurulması baxımından belə yarışmaların xüsusi önəmini vurğulayıb.
Mərasimdə həmyerlimiz yarışın birincilik mükafatını qazanmış Aşkın Ayrançıoğlunun mükafatını təqdim edib.
Qeyd edək ki, karikatura ustamızın ötən ay Türkiyənin Adana şəhərində Çukurova bələdiyyəsinin təşəbbüsü ilə 30 əsərdən ibarət fərdi sərgisi açılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















